Ali Məhkəmə məhbus üçün yeni məhkəmə prosesi keçirilməsi barədə qərar verdi

Tarix: 21:53 25.02.2025
ABŞ Ali Məhkəməsi, Oklahoma ştatında edam cəzasına məhkum edilmiş məhbus üçün yeni məhkəmə prosesinin keçirilməsinə qərar verib.
Bu qərar ştatın baş prokurorunun məhkumiyyətin düzgünlüyünü şübhə altına alması fonunda qəbul edilib. Məhkəmə işində yeni dəlillərin ortaya çıxması və ədalətli mühakimə ilə bağlı narahatlıqların yaranması bu qərarın verilməsində əsas rol oynayıb.
Yeni məhkəmə prosesi məhbusun günahının yenidən araşdırılmasına və mümkün ədalətsizliklərin aradan qaldırılmasına şərait yaradacaq.
Mənbə: CCN
Xanım Ağamalıyeva