Nazir Fidandan İsrailə açıq xəbərdarlıq

Tarix: 15:20 26.02.2025
Xarici işlər naziri Hakan Fidan bu gün Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
İkitərəfli münasibətlərin bütün aspektlərinin və regional məsələlərin müzakirə olunduğu görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib.
İsrailin bölgəyə hücumları ilə bağlı açıqlama verən nazir Fidan, “İsrail təhlükəsizliyi yaratmaq adı altında regional genişlənməyə son qoymalıdır”,-dedi.
Digər tərəfdən nazir Fidan, Netanyahunun sülh tərəfdarı olmadığını vurğulayaraq, Suriyadakı keçid prosesi ilə bağlı "Separatçı hərəkatlara icazə verilməməlidir",-dedi.
Mənbə: a haber
Nərmin Həşimova