Şagirdlərdə zorakılığın artmasının əsas səbəbləri-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:17 26.02.2025

Şagirdlər arasında baş tutan dava halları əsasən yuxarı siniflərdə rast gəlinir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib. Onun sözlərinə görə, nə məktəbi, nə də məktəb mühitini bu məsələlərdə qınamaq lazım deyil:
“Bu məsələlərdə daha çox valideynlər məsuliyyət daşıyır. Çünki düzgün tərbiyə alan uşaq heç vaxt şiddətə meylli olmaz”.


Ekspertin sözlərinə görə, bu halların əksəriyyəti Bakı şəhərindən kənar məktəblərdə, qəsəbələrdə baş verir:
“Kriminal yönümlüyə meylli olan şagirdlərə isə bu hal daha çox təsir edir. Elmli və savadlı uşaq heç vaxt bu hallarla özünü gündəmə gətirməz. Biz araşdıranda da müşahidə edirik ki, zorakılıq göstərən şagirdlər daha çox elmdən, təhsildən yayınanlardır. Onlar özlərini tanıtmaq üçün bu şəkildə gündəmə gəlir”.


M.Məmmədli sonda valideynlərin bu məsələlərdə daha çox diqqətli olmasını bildirib:
“Əgər gənclərə düzgün nəzarət olunsa, heç zaman bu hallar yaşanmaz”, – deyə ekspert yekunlaşdırıb.


Əli Quliyev