Azərbaycanda gizli işsizlik problemi-Həll yolları nədir?

Bölmə: Sosial › ,
Tarix: 16:22 26.02.2025

Azərbaycanda rəsmi rəqəmlərə görə işsizlik nisbətən aşağıdır – təxminən 5%-dən bir qədər çoxdur.


Bu fikirləri “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, ölkədə gizli işsizlik problemi mövcuddur:
“Qeydiyyata alınmayan işsizlərin sayı kifayət qədər çoxdur. Həmin insanlar əsasən müvəqqəti işlərdə çalışırlar. Bu isə ciddi problem yaradır”.


Ekspertin fikrincə, Azərbaycanda yeni iş yerlərinin yaradılması sənayenin və xidmət sahələrinin inkişafından asılıdır:
“Bu da əsasən yeni strategiya tələb edir. Məsələn, işğaldan azad olunmuş regionlarımızda daha çox iş yerlərinin yaradılması üçün potensial var. O potensialdan istifadə etməklə həm məskunlaşmanı, həm də məşğulluğu artırmaq lazımdır”.


Natiq Cəfərli bildirib ki, investisiya olmadan yeni iş yerlərinin açılması mümkün deyil:
“İnvestisiyalara çıxış imkanları genişləndirilməli, kreditlər ucuzlaşmalıdır. Bütün bunlar vergi və gömrük sahələrinə də ciddi təsir göstərir”.


İqtisadçı sonda əlavə edir ki, bu sahədə islahatların aparılması vacibdir:
“Yeni vergi və gömrük məcəlləsi qəbul edilməlidir ki, iş yerlərinin yaradılması daha da asanlaşsın. Bu, kompleks məsələdir və kompleks həll tələb edir”.


Şəhla Ağazadə