Ukraynada Xocalı soyqırımının yad edilməsi-Azərbaycanla əlaqələrin güclənməsi

Tarix: 17:19 26.02.2025
Müharibə şəraitində və raket hücumları altında yaşayan Ukraynada Xocalı hadisəsinin anım mərasiminin keçirilməsi diqqətəlayiq bir hadisədir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib. Onun sözlərinə görə, bu hərəkət Azərbaycan xalqı və dövləti tərəfindən də layiqincə qiymətləndiriləcək:
“Bu, həmçinin Azərbaycan və Ukrayna xalqları arasında möhkəm əlaqələrin mövcud olduğunu bir daha sübut edir”.
Ə.İbrahimov bildirir ki, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bəri müxtəlif qüvvələr Azərbaycan və Ukrayna xalqlarını bir-birinə qarşı qoymağa çalışıblar:
“Əsassız bəyanatlar verilərək, iki milləti qarşı-qarşıya qoymağa cəhd edilib. Lakin Azərbaycan dövlətinin balanslaşdırılmış siyasəti buna imkan verməyib və Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə normal əlaqələrini davam etdirir”.
Politoloq sonda əlavə edir ki, Ukraynada keçirilən bu tədbirin şübhəsiz ciddi beynəlxalq təsiri olacaq:
“Politoloq sonda qeyd edib ki, Ukraynada keçirilən bu tədbirin beynəlxalq təsiri böyük olacaq və ermənipərəst qüvvələri yerində oturtmaq, həmçinin başqa ölkələrin torpaqlarına göz dikənləri lənətləmək üçün ən güclü təbliğat vasitəsidir”, - deyə şərhçi yekunlaşdırıb.
Pünhan Həsənova