Gənclər arasında düzgün qidalanma problemi

Tarix: 17:59 26.02.2025
Günümüzdə gənc nəsil arasında fast food və yüksək kalorili yeməklərə üstünlük verilməsi ciddi sağlamlıq problemlərinə səbəb olur.
Mövzu ilə bağlı “informator.az”a dietoloq Məhəmməd bəy bildirib ki,indiki gənclər daha dinamik həyatında içərisindədirlər. Günlük planları daha çox çöldə olduqları üçün evdə az müddət olurlar və beləliklə evdə yemək yemək mədəniyyəti get-gedə zəifləyir:
“Bu səbəbləri nəzərə alaraq deyə bilərik ki, çöldə çox olduqları üçün yaxın məsafələrdəki məkanlarda yemək yemək daha asan olur. İndiki zamana nisbətən əvvəldə bu qədər restoranlar, kafelər yox idi. Qidalara əliçatımlılıq az olduğu üçün daha çox ev yeməklərinə üz tuturlar. Evdə bişən daha faydalı və ləziz yeməklər insanlara artıq heç də maraqlı gəlmir və yeməklər arasında seçici davranırlar. Reklamların və sosial medianında həmçinin rolu qidalanma üçün çox böyükdür. Reklamlar sayəsində insanlar bir yeməyi o qədər görüb və eşidirlər ki, artıq ona meyil edirlər”.
Dietoloq həm də bildirir ki, insanların düzgün qidalanmaması gələcəkdə çox böyük fəsadlar yarada bilər:
“Düzgün qidalanma olmasa xərçəng xəstəliyi erkənləşəcək, autizm problemi get-gedə yayılacaq. Fast-food kimi yanlış qidalar bağırsaq mikroflorasını zədələyir və zəiflədir. Bu zəiflik genlərə qədər gedə bilir. Ən böyük problem isə sonsuzluq xəstəliyini yarada bilər. Yanlış qidalanma təkcə səhətimizə yox, həyatımıza da, düşüncələrimizə də mənfi təsirini görsədir. Biz ənənəvi Azərbaycan mətbəxinə qayıtmadıqca gələcəkdə çox böyük fəsadlarla qarşılaşa bilərik”.
Aysel Mirzəyeva