Siqaret bahalaşdı

Tarix: 22:39 04.03.2025
Son günlərdə siqaretin qiymətində müşahidə olunan artım əhalinin diqqətini çəkib. Bir çox siqaret markalarının qiyməti yüksəlib və bu, xüsusilə, istifadəçilərin narazıçılığına səbəb olub.
Azərbaycanda siqaretin qiymətinin artması ilk dəfə deyil ki, gündəmə gəlir. Son illərdə ölkədə tütün məhsullarında artımlar baş verir. Bəziləri bu bahalaşmanın siqaretdən istifadənin azalmağına təsir edəcəyini, bəziləri isə qeyri-qanuni yollarla gətirilən siqaretlərin satışının artacağını düşünür.
Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, bütün qiymətlər qalxdıqca siqaretin də qiyməti qalxacaq:
“Azərbaycanda səbəbsiz qiymət artımının səbəbi inhisarçılıqdır. Bütün sahələrdə inhisarçılar öz mənfəətlərini düşünərək qiyməti artırırlar.
Keçən ilin yanvar ayından etibarən siqaretdə ciddi artımlar müşahidə olunur. Yanvar ayından etibarən siqaretin qiyməti bir neçə dəfə bahalaşdı. Bu bahalaşması yalnız siqaret istehsalı inhisarçıların mənfəətinə xidmət edir. Siqaret qiymətlərinin artmasını ölkədə bütün qiymətlərin qalxması ilə də əlaqələndirə bilərik. Bütün qiymətlər qalxdıqca siqaretin də qiyməti qalxacaq. Əgər bütün qiymətlər günbəgün qalxırsa, siqaretin qiyməti niyə qalxmasın? Bunu stimullaşdıran səbəblər var. Bu səbəblər bir tərəfdən, ölkə iqtisadiyyatında iştirak edən təbii inhisarçılar, dövlət inhisarçıları bir tərəfdən qiymət artımını stimullaşdırır. Həmçinin vergilərin, gömrük rüsumları və haqlarının artırılması da qiymət artımını stimullaşdıran səbəblərdəndir”.
Fatimə Şahverdiyeva