Soyqırımçı İsrailin blokadasına aldığı Qəzzada aclıq təhlükəsi yenidən artır

Tarix: 18:16 14.03.2025
Qəzza hökuməti İsrailin humanitar və tibbi yardım üçün sərhəd qapılarını 13 gündür bağlı saxlaması və fələstinlilərin 80 faizinin qida ehtiyatlarını itirməsi səbəbindən bölgədə aclıq təhlükəsinin yenidən yarana biləcəyi barədə xəbərdarlıq edib.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin sərhəd qapılarını bağlaması və yardımların ölkəyə girişini əngəlləməsi səbəbindən Qəzzada humanitar vəziyyətin yaşayış, sağlamlıq və ətraf mühit baxımından pisləşdiyi, aclıq, qida və su çatışmazlığının dərinləşdiyi, səhiyyə və xidmət sisteminin tamamilə çökdüyü bildirilib. Bəyanatda deyilir: “Qəzzə zolağı sionist-nasistlərin (İsrail) sərhəd qapılarını bağlayaraq yardımların qarşısını almaq və mühasirə tətbiq etmək cinayətinin 13-cü gününə daxil olduğu bir vaxtda bu cinayətin humanitar səviyyədə nəticələri artıq açıq şəkildə görünür və aclıq və qida çatışmazlığı kabusunun geri dönməsi diqqətdən kənarda qalacaq qədər aydınlaşıb”.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva