Kolumbiya Universiteti Fələstin tərəfdarı tələbələri ölkədən çıxarır

Tarix: 22:14 14.03.2025
ABŞ-nin Kolumbiya Universiteti keçən il Fələstinə dəstək nümayişləri zamanı Hamilton Hall-a daxil olan bəzi tələbələrin qovulduğunu və təhsillərinin dayandırıldığını, məzun olanların isə diplomlarının müvəqqəti olaraq ləğv edildiyini açıqlayıb.
Kolumbiya Universiteti İntizam Şurası tələbələrə ünvanladığı elektron məktubda Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrə sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Nə qədər tələbənin sanksiyalardan təsirləndiyi bildirilməyib.
Tramp administrasiyası martın 7-də Kolumbiya Universitetinin 400 milyon dollarlıq maliyyələşdirməsini “antisemitizmlə mübarizədə çatışmazlıq” göstərdiyi üçün ləğv edib.
Mənbə: TRT Haber
Asiman Vəliyeva