Avropa regionunda qızılca halları son 25 ilin ən yüksək səviyyəsinə çatıb, ÜST bildirir

Bölmə: Dünya › ,
Tarix: 20:07 14.03.2025

Keçən il Avropa regionunda qızılca halları kəskin artaraq 1997-ci ildən bəri ən yüksək səviyyəyə çatıb, Dünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) cümə axşamı bildirib.

 

ÜST və UNICEF-in təhlili göstərib ki, 2024-cü ildə Avropa regionunda qeydə alınan qızılca halları 127,352-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

 

Məlumata görə, qızılcaya yoluxanların 40%-ni 5 yaşdan kiçik uşaqlar təşkil edib və 2023-cü ildə yarım milyona yaxın uşaq qızılca peyvəndinin birinci dozasını vurdurmayıb.

 

"Qızılca geri qayıdıb və bu, xəbərdarlıq siqnalıdır. Yüksək peyvəndləmə səviyyəsi olmadan sağlamlıq təhlükəsizliyi yoxdur", – ÜST-ün Avropa üzrə regional direktoru Dr. Hans P. Kluge bəyanatında bildirib.

 

CNN

Nuray Qurbanlı