Rusiya: Son bir həftədə Kursk bölgəsində 29 yaşayış məntəqəsini geri aldıq

Bölmə: Dünya › ,
Tarix: 22:05 14.03.2025

 

 

Rusiya Müdafiə Nazirliyi, Ukrayna qüvvələrinin daxil olduğu Kursk bölgəsində son bir həftə ərzində 29 yaşayış məntəqəsinin geri alındığını açıqlayıb.

 

Nazirliyin bəyanatında 8-14 mart tarixlərində Kursk bölgəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, Rusiya qüvvələri bölgədə olan Ukrayna əsgərlərinə qarşı hücumları intensivləşdirib və “Suca da daxil olmaqla 29 yaşayış məntəqəsi azad edilib".

 

Rusiya Müdafiə Nazirliyi dünən Kursk bölgəsində Ukrayna ordusunun nəzarətində olan ən böyük şəhər – Sucanın geri alındığını elan etmişdi.

 

Rusiya Prezidenti Vladimir Putin 12 martda hərbi forma geyinərək Kursk bölgəsindəki komanda mərkəzini ziyarət edib və bölgədəki vəziyyətlə bağlı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdan məlumat alıb.

 

Ukrayna əsgərlərinin 6 avqust 2024-cü ildə Rusiya ərazisi olan Kursk bölgəsinə daxil olmasından sonra iki ölkənin orduları arasında döyüşlər davam edir.

 

TRT XƏBƏR

Günel Verdiyeva