HƏMAS atəşkəsin ikinci mərhələsi üçün danışıqlara başlamağa hazır olduğunu açıqlayıb

Tarix: 22:08 14.03.2025
HƏMAS, Qəzzədə atəşkəs razılaşmasının ikinci mərhələsinə dair danışıqların yenidən başlaması üçün vasitəçilərdən təklif aldığını və bu təklifə müsbət yanaşdıqlarını bildirib. Həmçinin israilli-amerikalı bir hərbçini və dörd girovun cəsədini geri qaytaracağını elan edib.
HƏMAS-ın açıqlamasında, Misir və Qətər vasitəçilərinin dünən danışıqların bərpasına dair təklif təqdim etdiyi və bunun müsbət qiymətləndirildiyi qeyd olunub.
Bildirilib ki, bu təklifə cavab olaraq HƏMAS ABŞ və İsrail vətəndaşı olan sağ hərbçi Edan Aleksandrı, həmçinin dörd ABŞ-İsrail vətəndaşının nəşini təhvil verəcək.
Açıqlamada, HƏMAS-ın atəşkəsin ikinci mərhələsinə dair danışıqlara başlamağa hazır olduğu vurğulanıb və İsrailə atəşkəs razılaşmasına tam əməl etməsi çağırışı edilib.
TRT XƏBƏR
Günel Verdiyeva