Goranboyda məktəbli qaçırılıb

Tarix: 22:07 17.03.2025
Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb. İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparırlar.
Məsələ ilə əlaqədar hüquqşünas Ayxan Məmmədli “informator.az”a açıqlamasında bildirib ki, Hüquq mühafizə orqanları tərəfindən bu məsələ ilə bağlı əvvəlcə ibtidai təhqiqat sonrasında isə istintaq mərhələsində araşdırma aparılır:
“İnsan oğurluğu cinayətləri ilə bağlı əvvəlcə əldə olan sübutların qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Şəxsin son görüldüyü yer, ondan son xəbər alınan yer, onu son görən şəxslər və şahid ifadələri. Bununla yanaşı həmin şəxsi oğurlayan şəxsin bu işdə motivi araşdırılır. Şəxsi ədavət, pul tələbi və s. Oğurlanan şəxsin yaxınları (ailəsi əsasən) dindirilir. Motivi müəyyən etmək cinayətin açılmasında önəmli rol oynayır. Lazım olduqda fərqli ekspertizaların həyata keçirilməsi, texniki vasitələrdən istifadə etməklə (təhlükəsiz şəhər kamerası, telefon siqnalının izlənməsi) cinayətin açılması təmin edilir”.
Asiman Vəliyeva