Budur Papanın xəstəxanadan ilk görüntüsü!

Tarix: 21:52 17.03.2025
Vatikanda, 14 fevraldan bəri xəstəxanada müalicə alan Katoliklərin dini lideri Papa Fransiskin ilk dəfə xəstəxanadan fotosu yayımlandı.
Katoliklərin dini lideri 88 yaşındakı Papa Fransisk, 14 fevraldan bəri İtaliyanın paytaxtı Romadakı Gemelli Xəstəxanasında müalicəsini davam etdirir. Vatikan, fevraldan bəri xəstəxanada olan Papanın fotosunu paylaşdı və fotoda xəstəxananın onuncu mərtəbəsindəki otağına yaxın bir kilsədə bazar ayinində dua etdiyi görünür.
Vatikan Mətbuat Xidməti, həmçinin Papanın vəziyyətinin sabit olduğunu, fiziki terapiya və tənəffüs fizyoterapiyasının davam etdiyini qeyd edib. Papa xəstəxanada bir gününü ibadət edərək, istirahət edərək və bir qədər də işləyərək keçirir.
Mənbə: CNN News Türkçe
Nigar Həsənzadə