Ekzema xəstəliyi: Səbəblər, əlamətlər və müalicə yolları

Tarix: 21:03 24.04.2025
Ekzema dəri üzərində qızarmalar və iltihablarla müşayiət olunan, artan yayılma ilə diqqət çəkən bir xəstəlikdir. Bu xəstəlik həm estetik, həm də fiziki narahatlıqlara səbəb ola bilər və müalicə üçün düzgün yanaşma vacibdir.
Mövzu ilə bağlı dermatoloq Pərviz Dadaşov “İnformator.az”a açıqlamasında bildirib ki, ekzema daha çox allergiya nəticəsində yaranır:
“Ekzema müxtəlif səbəblərdən - daha çox allergiya nəticəsində yaranan, dəridə qızartı, vezikullar və qaşınma kimi əlamətlərlə müşahidə olunan bir dəri xəstəliyidir. Onun əsas xüsusiyyəti qızarmış dəridə yaranan çatlar, qanamalar və qaşınma-yanma hissidir. Kəskin, xroniki, yaş və quru ekzema kimi növləri mövcuddur. Ekzemanın qaşınma, yanma hissi, qızartı, qabıqlanma, çatlama və sulanma kimi əlamətləri var. Əlləri tez-tez yumaq, dərini aşındıran maddələr, yuyucu tozlar və s. istifadə edərkən əlcək taxmamaq və ələ spirt, kolonya kimi maddələri vurmaq şikayətləri daha da artırar. Müalicə ekzemanın səviyyəsinə görə aparılır. Kəskin səviyyədə müəyyən steroidli məlhəmlər və dərini bərpa edən kremlərdən istifadə olunur. Profilaktik müalicədə əllər qorunmalı və nəmləndirici kremlərdən istifadə olunmalıdır”.
Lalə Qurbanlı