Səhər yeməyi yeməmək orqanizmə necə təsir edir ?-Mütəxəssis AÇIQLAYIR…

Bölmə: Maraqlı › ,
Tarix: 22:35 24.04.2025

Günün ən vacib qidalanma mərhələsi sayılan səhər yeməyi, həm fiziki, həm də zehni fəaliyyətlər üçün əsas enerji mənbəyidir. Sağlam həyat tərzinin vacib şərtlərindən biri olan balanslı səhər rasionu, orqanizmin gün ərzində düzgün işləməsini təmin edir.

 


Mövzu ilə bağlı  Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, insan orqanizminin sağlam olması üçün, gündəlik lazım olan funksiyaları yerinə yetirə bilməsi üçün qidalanması, xüsusilə də səhər yeməyinin rolu çox faydalıdır:

 


“Səhər yeməyi vərdişi olmayan insanlar gün ərzində özünü yorğun, narahat və enerjisiz hiss edir. Nahar vaxtına qədər ac qalan insanlarda aqresivlik, əsəbilik, gərginlik müşahidə olunur. Bir çox hallarda, nahar vaxtı lazım olan miqdardan çox qida qəbulu halları baş verir. Bu səbəblərdən səhər yeməyini yeməməyin orqanizmə bir çox təsirləri var. Eyni zamanda da enerji çatmadığına görə qanda şəkər səviyyəsi aşağı düşür. Bu da halsızlığa, diqqət dağınıqlığına, yorğunluğa, yuxusuzluğa, bəzən də immun sistemi aşağı olan insanlarda qəfil bayılmalara ürək getmələrə gətirib çıxarır. Dərs oxuyan, zehni işlə çalışan insanlarda əqli qabiliyyətin aşağı düşməsi də səhər yeməyini yeməməkdən qaynaqlanır. Uzun müddətli səhər yeməyini qəbul etməyən insanlarda günün sonrakı hissələrdində həddindən artıq qida qəbulu nəticəsində çəki artımı, metabolik pozulmalar və bir çox insanlarda düzgün olmayan çəki vermə halları baş verir. Bu da orqanizmdə , xüsusilə xarici görünüşdə bəzi bölgələrin həddindən artıq yağlanmasına bəzi bölgələrdə isə əzələ itgisinə gətitib çıxrarır. Bununla yanaşı , bu hallar mədə bağırsaq sisteminin pozulmasına da gətirib çıxarır. Boş mədəyə, ac qarına kofe, çay içən , xüsusilə siqaret çəkən insanlar var. İnsanların ac qarına qəbul etdiyi bu içkilər və zərərli vərdiş mədə turşuluğunun balansının dəyişməsinə və mədə xorası qastritə səbəb ola bilər. Səhər oyandığdan bir saat və ya saat yarım sonra artıq mədə şirəsi ifraz olunmağa başlayır. Bundan sonra qida qəbulu vacibdir”.



Müsahibin sözlərinə görə, səhərləri ac qarına su ilə başlasaq da , daha sonra mütləq şəkildə zülallar lifli qidalar , sağlam yağlardan olan qidalar, keyfiyyətli karbohidratlardan olan qidalardan qəbul etməliyik:

 


“Burada daha çox yumurta, süd məhsulları eləcə də bir ovucu keçməyəcək qədər çərəz qəbulu uzun müddət toxluq hissi yaradır. Əzələlərin bərpasına kömək olur. Karbohidrat qəbul edəcəyiksə, bu mütləq tam buğda unundan olan çörəkdən, yulafdan hazırlana bilər. Bunlar da qanda şəkəri normal saxlayır , enerjili olmağınıza kömək olur. Səhər qidamızın yanında mövsümü tərəvəzlərdən bir porsiya və ya zeytun istifadə etmək daha faydalı hesab olunur. Bu mərkəzi beyin sisteminin funksiyalarını, hormon balansını normallaşdırır. Mövsümü tərəvəzlərlə yanaşı , şirin tərkibli meyvələri də günün birinci yarısında qəbul etmək gün ərzində enerjili olamağa kömək edir. İnkişafda olan 20-25 yaşa qədər orqanizm səhər yeməyindən imtina etməməlidir. Səhərlər birbaşa sadəcə un məmulatları, çörəkli məmulatlar, və ya qəbul olunan şirniyyatlar tez bir zamanda qan şəkərinin yuxarı qalxmasına daha sonra sürətlə aşağı düşməsinə səbəb olur. Gün ərzində aclıq hissi verdiyinə görə daha sonra çox qida qəbulu ilə nəticələnir. Bu səbəbdən səhər qidasında mütləq zülal tərkibli məhsullar vazkeçilməz olmalıdır”.


 

Əminə Əliyeva