Səna hava limanına hücum

Bölmə: Dünya › ,
Tarix: 18:35 06.05.2025

Yəməndəki Husi hərəkatı, paytaxt Sənadakı Səna Beynəlxalq Hava Limanına İsrailin hava hücumu həyata keçirdiyini bildirdi.

 

Husilərə bağlı "Əl-Məsirə" televiziya kanalı, İsrail döyüş təyyarələrinin Səna Hava Limanına hava hücumu təşkil etdiyini elan edib.Məlumatda, İsrail və ABŞ-nin Sənanın cənub-qərbindəki Atan bölgəsini, Sanhan rayonundakı Hezyaz Mərkəzi Elektrik Stansiyasını, Bəni Haris rayonundakı Zehban Mərkəzi Elektrik Stansiyasını və Amran vilayətindəki sement zavodunu hədəf aldığı bildirilib. İsrailin hücumu nəticəsində hələlik ölüm və ya yaralılar barədə məlumat verilməyib. İsrail Ordusunun sözçüsü Aviçay Adraee bir müddət əvvəl "X" (keçmiş Twitter) hesabında paylaşım edərək, hava limanının qırmızı zona elan edildiyi bir xəritə yayımlayıb. Adraee açıqlamasında, "Səna Beynəlxalq Hava Limanı bölgəsində olan hər kəs üçün təcili xəbərdarlıq" ifadəsini işlədərək, ərazinin və ətrafının dərhal boşaldılmasını tələb edib.

 

TRT HABER
Billurə Quliyeva