Türkiyənin ən yaraşıqlısı Bakıya gəlib-FOTO
Bölmə: Mədəniyyət › ,Tarix: 17:04 29.01.2015
Məşhur türk aktyorları Burak Özcivit, Fahriye Evcen və Selim Bayraktar Bakıdadırlar.
İnformator.az-ın məlumatına görə, aktyorlar Bakıda çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar.
Aktyorlar Qala öncəsi paytaxtımızın gəzməli-görməli yerlərini gəziblər. Fahriye Evcen və Burak Özcivit cütlüyü Fəvvarələr meydanının məşhur "Çətirli qız" heykəli ilə selfi çəkdirdilər.
Fahriye Evcen İnstagram-da paylaşdığı fotonun üstünə belə yazıb: "Biz komanda olaraq Bakıya gəldik. Saat 19.00-da Nizami Kino Mərkəzində azərbaycanlı tamaşaçılarımızla görüşəcəyik. Hər kəsi gözləyirik".
Qeyd edək ki, bu axşam Nizami Kino Mərkəzində "Aşk sana benzer" türk filminin qala gecəsi olacaq. Film bu gündən Nizami Kino Mərkəzinin afişasına daxil olur....
Mənbə: ANS