Əliabbas Qədirovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:50 22.02.2016

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın görkəmli aktyoru, “Şöhrət” ordenli, xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. 

İnformator.az xəbər verir ki, tədbiri Sarayın bədii rəhbəri Kamran İsrafilov açaraq aktyor haqqında  iştirakçılara ətraflı məlumat veriib. 

Sonra xalq artisti Rasim Balayev aktyor haqqında  tələbəlik illərindən  qalan  xatirələrini  bölüşüb. 

Tədbirdə iştirak edən  aktyorun qızları kultralogiya üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Gültəkin xanım və Azərbaycan Dövlət Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müəllimi Gülçin Kazımi ataları haqqında xoş xatirələri danışıblar. 

Tədbirdə həmçinin, “Ədəbiyyat” qəzetinin məsul katibi, əməkdar mədəniyyət işçisi Atababa İsmayıl oğlu, Xəzər rayon Ağsaqallar Şurasının sədri, tarixçi Təvəkkül Səlimov və digər qonaqlar çıxışlarında teatr və kino sənətində parlaq obrazlar yaratmış Əliabbas Qədirov haqqında ətraflı məruzələr ediblər.