Növbəti tədris ilindən 6 yaşı tamam olmayan bəzi uşaqlar...
Bölmə: Mədəniyyət › ,Tarix: 16:32 30.01.2015
İnformator-un məlumatına görə, təhsil nazirinin əmrinə əsasən 16 sentyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə vaxtından əvvəl birinci sinifə qəbulu müsahibə üsulu ilə aparılır.
2014-2015-ci tədris ilində Bakı şəhərinin 89 ümumtəhsil məktəbində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında təhsil almış, 16 sentyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan uşaqlara rəsmi sənəd-arayış veriləcək və onlar müsahibə götürülmədən I sinifə qəbul ediləcəklər.
Qeyd edək ki, bu gün Bakının 89 məktəbində məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. 2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala bildiyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılır və sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək. Bu hazırlıq qruplarını keçən və sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların artıq məktəbə qəbul olması üçün müsahibədən keçməsinə ehtiyac olmayacaq. Yəni həmin uşaqlar hazırlıq qruplarında iştirak etdikləri üçün müsahibəsiz məktəbə qəbul olunacaqlar.