Türkiyə MN Azərbaycan Ordusunu təbrik edib

Tarix: 13:10 26.06.2025
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə MN-in X hesabında bildirilib.
"Qardaş Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün gecə-gündüz demədən xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik”, - qeyd olunub.