Özbəkistan prezidenti Azərbaycana gəlir

Bölmə: Siyasət › ,
Tarix: 19:28 30.06.2025

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana səfərə gəlir.

 

"İnformator.az" Teleqraf-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.


İyulun 3-4-də keçiriləcək sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, təşkilata üzv olan digər ölkələrin dövlət və hökumət başçıları qatılacaq.