ABŞ balans siyasəti yürütmür-Ekspertdən AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 20:34 30.06.2025

 

Son dövrlərdə Pakistanın yeni raket proqramı ilə bağlı xəbərlər beynəlxalq ictimaiyyətin və xüsusilə region dövlətlərinin diqqətini cəlb edib. Rəsmi İslamabad daha müasir və uzun mənzilli raket texnologiyalarını inkişaf etdirmək niyyətində olduğunu açıq şəkildə bəyan edir.Bəs bu məsələyə ABŞ,Hindistanın münasibəti necədir?

 

Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlmasında deyib ki, Pakistanın yeni raket proqramının əsas məqsədi ölkənin müdafiə qabiliyyətini gücləndirməkdir:

 

“Son dövrlər beynəlxalq aləmdə münasibətlərin kəskinkəşdiyi dönəmdə onlar elə raket .Pakistan bu yaxınlarda Hindistanla müharibə vəziyyətinə gəlib çıxıb.Pakistanın nə qədər ki,kəşfiyyat problemi var,münasibətlərin hər dəqiqə kəskinləşmə gücünün qarşısını alır və bu müharibədə Pakistan görür ki,istər ABŞ istərsə də ,İngiltərə Hindistanı daha çox müdafiə edirlər.Pakistanla Çinin müttəfiqlik əlaqələri var.Sözsüz ki,heç kim Pakistana təyinat vermir ki,hadisələr sabah hansı formada cərəyan edə bilər.İsrail-İran müharibəsində görürdülər ki,ABŞ və İsrail İranın müdafiə sistemini necə təhlükə altına qoyur.Bütün bunlardan sonra Pakistan öz müdafiə sistemini daha da gücləndirmək üçün raketləri  istehsal etməyi qarşıya məqsəd qoyur.İstər ABŞ,istərsə də Hindistan Pakistanı daha çox nəzarətdə saxlamaq istəyirlər.Pakistanın Hindistana münasibətləri tam düzəlməyənə qədər,sözsüz ki,onlar da Pakistanın tam nəzarətdən çıxmamasını istəyir.Ümumiyyətlə ABŞ bölgədə balans qorumaq siyasəti yeritmir.ABŞ üçün öz maraqları və onların təminatı daha əsasdır.Bunun üçün də bölgədə hər hansı bir maraq qurmaq ABŞ üçün o qədər də əhəmiyyət kəsb etmir.Onlar üçün prioritet öz maraqlarıdır.Biz bunu Yaxın Şərqdə,Rusiya-Ukrayna müharibəsində,eləcə də başqa isti nöqtələrdə də görürük”.

 

Səkinəbəyim Cəfərova