Qeyri-hökumət təşkilatları ilə mədəniyyət sahəsində əməkdaşlıq üzrə komissiya yaradılıb
Bölmə: Mədəniyyət › ,Tarix: 17:25 04.02.2015
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq Əmri ilə Müsabiqə Komissiyası yaradılıb və Komissiyanın tərkibi aşağıdakı qaydada təsdiq edilib:
Komissiyanın sədri:
1.Bayramov Rafiq Yasin oğlu- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri
Komissiyanın üzvləri:
2. Şixəmmədov Vüqar Nurməmməd oğlu- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri
3. Həsənova Sima Əkbər qızı- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri
4. Cəfərova Könül Elxan qızı- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
5. Nurəliyeva Mənzərxanım Fikrət qızı - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
6. Əliyev Rəşad Bariz oğlu- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, katib
7. Hətəmov Müşviq Mürşüd oğlu- "Azərbaycan Prodüserlər Gildiyası" İctimai Birliyinin sədri
8. Çobanov Musa Nəbi oğlu- Azərbaycan Aşıqlar Birliyinin katibi
9. Seyidzadə Şahin Kamil oğlu- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri