Azərbaycan xalq şairinin oğlunu öldürüblər
Bölmə: Mədəniyyət › ,Tarix: 12:54 14.03.2017
"Oğlumun öldürülməsindən xəbərsiz idim”.
İnformator.az xəbər verir ki, bunu BakiPost.az-a xalq şairi Fikrət Qoca deyib.
O bildirib ki, nazirlik məlumat yayana kimi oğlunun yıxılaraq öldüyünü bilib: "Mən oğlumu itirmişəm. Daxili işlər Nazirliyi çox sağolsun ki, bu məsələyə aydınlıq gətiriblər. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var?
Əlbəttə ki, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər niyə öldürüb”.
Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: "Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu nə düşməni ola bilərdi ki?”