Ermənistandan tarixi Türkiyə açılımı

Bölmə: Siyasət › ,
Tarix: 16:25 06.02.2025

Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurasında etdiyi çıxışda Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıldığını bildirib. Paşinyan, "Çox tezliklə konkret nəticələr əldə etməyi ümid edirik",- dedi.

 

Azərbaycanla sülh danışıqlarında son mərhələyə gəlinib

 

Ölkəsinin mövcud regional münasibətlərini qiymətləndirən Paşinyan, Azərbaycanla aparılan sülh danışıqlarında kritik əhəmiyyət kəsb edən bir mərhələyə çatdıqlarını vurğulayıb. O, aparılan müzakirələrdə 17 maddədən 15-i üzrə tam razılıq əldə olunduğunu bildirib.

 

Türkiyə ilə normallaşma prosesi sürətlənir

 

Türkiyə ilə münasibətlərə də toxunan Paşinyan, normallaşma prosesinə sadiq olduqlarını qeyd edərək, Prezident Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşdüyünü xatırladıb. Ermənistanın baş naziri iki ölkə arasında sərhədin müəyyən qruplar üçün açılması istiqamətində razılıq əldə olunduğunu açıqlayıb. Paşinyan, "Sərhədimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaq üçün konkret razılığa gəlmişik. Bu razılığı mümkün olan ən qısa zamanda icra etməyi ümid edirik və bunun üçün çalışırıq",- deyə danışıb.

 

"Çox tezliklə konkret nəticələr əldə etməyi ümid edirik"

 

İki ölkənin xarici işlər nazirlərinin və nümayəndələrinin daim əlaqə saxladığını vurğulayan Paşinyan, "Bəlkə də heç vaxt bu qədər aktiv dialoq aparılmayıb",- deyib. Ermənistan lideri münasibətlərdə bəzi nüansların olduğunu desə də, prosesin irəlilədiyini bildirib və "Çox tezliklə konkret nəticələr əldə etməyi ümid edirik",- fikrini ifadə edib.

 

Mənbə: Haberler

Aygün Babayeva