"Öyrənmə çətinliyi olan şagirdlərə diferensial yanaşma" adlı təlim keçirilmişdir.
Bölmə: Siyasət › ,Tarix: 15:39 15.01.2023
Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi "Universal Skrininq" layihəsi çərçivəsində görüləcək işlər davam etdirilir. 13-14.01.2023-cü il tarixlərində təlimçi-mentor Məmmədova Xəyalə tərəfindən layihəyə cəlb olunmuş Sabunçu rayonu 67, 68, 215,170,155 nömrəli tam orta məktəblərin 3-cü sinif müəllimləri üçün "Öyrənmə çətinliyi olan şagirdlərə diferensial yanaşma" adlı təlim keçirilmişdir.
Teams platforması üzərindən təşkil edilmiş iki gün davam edən təlimdə müəllimlər diferensial təlimin mahiyyətini, həyata keçirilməsi yollarını, öyrənmə tərzlərini bir-birindən fərqləndirməyi, şəxsiyyət tiplərinə görə öyrənmə formalarını müəyyən etməyi, intellektin növlərini təsnif etməyi, konstruktiv rəyin diferensial təlimdəki rolu və s. mövzularda maraqlı müzakirələr edilmiş, Blum taksanomiyasının mərhələlərinə uyğun tapşırıqların hazırlanmasına dair interaktiv qrup işləri təşkil edilmiş, təcrübə mübadiləsi aparılmışdır.