235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bölmə: Siyasət › ,
Tarix: 13:03 20.01.2023

Xətai rayonundakı 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

İnformator.az xəbər verir ki, yanvarın 19-da Xətai rayonundakı 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Simvolik olaraq hazırlanan “Şəhidlər abidəsi” önünə tər qərənfillərin qoyulması ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Uşaq bağçasının müdiri Vəfa Məmmədova çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. Vurğuladı ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.

Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərdiyini xüsusi qeyd edən V.Məmmədova Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb.

Tərbiyəçilər Fizzə Xəlilova, Dilarə Vəzirova, İradə Məmmədova, musiqi rəhbəri Aygün Sultanova, metodist Aynur İsrafilova və başqaları da çıxışlarında vurğuladılar ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi uca tutulur, şəhid ailələri, əlil olmuş vətəndaşlarımız dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur.

Xalqımıza qarşı törədilənlər barədə həqiqətləri ilk öncə övladlarımıza, sonra bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və təbliğin vacibliyi xüsusi qeyd edilib.

Sonda bağçanın fidanları tərəfindən qanlı tarixi əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub. Balaca istedadların çıxışları böyük maraqla qarşılanıb.