"Universal Skrininq" layihəsinin bağlanış tədbiri oldu.

Bölmə: Siyasət › ,
Tarix: 21:04 16.02.2023

15.02.2023-cü il tarixində "Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi "Universal Skrininq" layihəsinin bağlanış tədbiri oldu.

Tədbirdə təlimçi - mentorlar, ekspertlər, layihənin icrasına cəlb olunmuş Sabunçu rayonu 68, 215,170,155 nömrəli tam orta məktəblərinin direktor, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, 3-cü sinifdə dərs deyən ibtidai sinif müəllimləri, psixoloqlar iştirak edirdi. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Məmmədova Vəfa layihə boyunca görülmüş işləri bütünlüklə əhatə edən video-çarxı tədbir iştirakçılarına nümayiş etdirdi.. Daha sonra çıxış üçün söz layihənin icrasına cəlb olunmuş beş məktəbin 3-cü sinif müəllimlərinə verildi.

Siniflərində öyrənmə çətinliyi olan şagirdlərin müəyyən edilməsi prosesi, təlimlər zamanı müəllimlərə verilən dəstək tədbirləri sayəsində onlarla işləmə strategiyalarının faydasından danışan müəllimlər layihənin onların fəaliyyətində yeni bir alət olduğunu və gələcəkdə də uğurla davam etdirəcəklərini vurğuladılar. Tədbirdə iştirak edən məktəb rəhbərləri bu layihənin dövrün ən aktual probleminə həsr olunduğunu və layihənin davamlılığı məqsədilə məhz yuxarı siniflərdə tətbiq edilməsini tövsiyə etdilər.