İki şəhidimiz var- RƏSMİ
Bölmə: Siyasət › ,Tarix: 21:04 05.03.2023
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar.
Müdafiə Nazirliyindən İNFORMATOR.AZ-a bildirilib ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin!