Xəzər dənizində təhlükə
Bölmə: Siyasət › , Sosial › ,Tarix: 23:45 09.03.2023
Xəzər dənizi suyunun yaxın gələcəkdə 9-30 metr azalacağı proqnozlaşdırılır.
Informator.az axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi, Qida təhlükəsizliyi, Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindədir: "Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb".
O, hazırda dünyanın bir çox problemlərlə üz-üzə olduğunu vurğulayıb: "Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələlər nəticəsində bir çox insan həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün təhlükədir".