MN: "Ermənistan tərəfinin yaydığı məlumat yalandır"

Bölmə: Siyasət › ,
Tarix: 00:10 10.03.2023

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik".

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nazirlik yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.