BAAU-nun Ərəbşünaslıq Mərkəzi fəaliyyətini genişləndirir

Bölmə: Siyasət › ,
Tarix: 16:14 30.03.2023

Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin proqramlar departamentinin rəhbəri Ali Al Midvah, Mərkəzin maliyyə müdiri Abdullah El Humud və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin İqtisadiyyat və mədəniyyət şöbəsinin rəhbəri Vael Alşreef BAAU-nun Ərəbşünaslıq Mərkəzində işgüzar görüş keçiriblər.

Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə proretktoru, dosent Səyavuş Qasımov, qonaqlara təhsil sahəsində əməkdaşlığın nəticələrini yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, bu əməkdaşlıq nəticəsində azərbaycanlı tələbələr ərəb dilini dərindən mənimsəyir və ərəb mədəniyyəti ilə tanış olmaq imkanı qazanırlar.

Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin proqramlar departamentinin rəhbəri Ali Al Midvah BAAU-nun Ərəbşünaslıq Mərkəzinin ərəb dilinin tədrisi ilə bağlı ötən müddətdə gördüyü işlərin məmnunluq doğurduğunu bildirib.  

337639340_1223463534946040_2802045657337271940_n.jpg

 

Daha sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzində görüşlər davam etdirilib. BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov, Ərəbşünaslıq Mərkəzinin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova, İcraçı direktoru, dosent Mütəllim Rəhimovla qonaqlar arasında gələcək əməkdaşlığın mexanizmləri, fəaliyyətin genişləndirilməsi imkanları, ərəb dilinin tədrisində yaranan problemlər və onun aradan qaldırılması yolları müzakirə olunub.

Daha sonra qonaqlar Ərəbşünaslıq Mərkəzində təhsil alan tələbələrlə görüşüblər. Onlar tələbələrin ərəb dilini öyrənməsi üçün lazım olan tədris vəsaitləri ilə tanış olublar, bu sahədə çətinliklər və onun həlli yolları ilə bağlı tələbələrin fikirləri ilə maraqlanıblar. Tələbələr ərəb dilində şeir, mahnı, müqəddəs Qurandan surələr, hekayələr səsləndiriblər.