Azərbaycan kitabları Minskdə nümayiş etdirilir

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:24 11.02.2015

22-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan nəşrləri də bu sərgidə nümayiş etdirilir. Nazirliklə yanaşı ölkəmizi sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Hədəf nəşriyyatı təmsil edir.

Builki sərginin fəxri qonağı Çin Xalq Respublikasıdır. Sərginin açılış mərasimində Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun müraciəti oxunub, İnformasiya naziri L.Ananiç, Belarus Yazıçılar İttifaqının sədri N.İ.Çerqinets, Belarusun Prezident Administrasiyası rəhbərinin müavini İ.İ.Buzovski, ÇXR-in nümayəndə heyətinin rəhbəri Yan Syaoxun və digər rəsmi şəxslər çıxış edib.

Minsk sərgisində 200 adda nəşr məhsulları nümayiş olunur, ölkəmizin turizmi və ilk Avropa Oyunları haqqında çoxlu sayda təbliğat materialları ziyarətçilərə paylanılır.

Sərgi fevralın 15-ə kimi fəaliyyət göstərəcək.