Ərdoğan Sudanda münaqişə tərəflərilə danışıb

Bölmə: Siyasət › ,
Tarix: 17:20 20.04.2023

Rəcəb Tayyip Ərdoğan Sudanda münaqişə tərəfləri ilə telefonla danışıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan tərəfləri münaqişələrə son qoymağa, “qardaş qanının tökülməsinə son qoymağa” və dialoqa çağırıb.

 

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, prezident Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini və Sürətli Dəstək Qüvvələri komandanı Muhammed Hamdan Dagalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

 

Aydan