«Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir Bakıda davam edib
Bölmə: Siyasət › ,Tarix: 19:11 15.05.2023
14 may tarixində Sabunçu rayon Gənclər evində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İB-nin təşkilatçılığı ilə "Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir keçirildi.
İNFORMATOR.AZ xəbər verir ki, tədbiri "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimi Birliyinin sədri Besti Nasibova açaraq layihənin məqsəd və əhəmiyyətindən danışdı. Daha sonra Tədbridə "İşıq" adlı həyat hekayəsi və "Təhlükəli xəbər təhlükəli döyüşdən daha ağırdır" adlı video-çarx nümayiş edildi.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə media təhlükəsizliyində jurnalistlərin üzərinə düşən məsuliyyətdən danışaraq deyib ki, yoxlanılmamış məlumatlar insanların hisslərinə hörmətsislik olmaqla yanaşı ictimai şüur və siyasi sabitlik ,dövlət təhlükəsizliyinə qarşı təhdiddir.
“Biz həm məlumatları alanda, həm də verəndə məsuliyyətli olmalıyıq”-deyə C.Hüseynzadə bildirib.
Jurnalist və kvant psixoloqu Gülnara İnanc eşitdiyimiz məlumatların səhihliyini yoxlamalıyıq: “Saxta məlumatların bir qismi nadanlıqdan yayılır. Digər qismi isə müəyyən insanlar tərəfindən məqsədyönlü edilir. Cəmiyyətimizdə qarışıqlıq və etimadsızlıq yaratmaq istəyən qüvvələr təxribatlar üçün saxta məlumatların yayılmasından istifadə edir”.
Mərasimdə həmçinin şəhid Mayor Siyavuş Kəlbalıyevin anası Yeganə xanım, şəhid Fəxri Məmmədovun Anası Kəmalə xanım, Şəhid Tural Dəmirçiyevin anası Sədaqət xanım, I Qarabağ müharibəsi qazisi Afaq Sadıxova, II Qarabağ müharibəsi qazisi Kənan Kərimli, “Ahıllara və Tənhalara Dəstək” İB-nin sədri Ruhiyyə Məmmədova, “İsdedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri Vüsalə Sadıqova, “Mərhəmət” Kimsəsizlərə Yardım İB-nin İradə Polad, “Sosial-iqtisadi və Ekiloji İnkişaf” İB-nin rəhbəri Rahilə Mehtiyeva, “İşiq” adlı həyat hekayəsini təqim edən jurnalist Samirə Hüseyinova, Psixoloq Nailə Qasımova tədbirdə çıxış edib.
Şəhid anaları bildiriblər ki, məhz onlar təxribatların, saxta məlumatların önünə keçməli və düşmənlərin alətinə çevrilmələrinə imkan verməməlidirlər.
Qazi Kənan Kərimli bildirib ki, Azərbaycan televiziyalarında Qarabağ savaşı iştirakçıları haqda davamlı proqramların olması vətənpərvərlik hissinin təbliğatı, eyni zamanda qazi və şəhid ailələrinə mənəvi dəstək üçün əhəmiyyətlidir.
Tədbir "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin üzvləri, gənc xanəndələr Dilrubə Hidayətli, Yılmaz Feyziyev, Sayilə Mikayılova, Taryel Əsgərli, kamança ifaçıları Yusif Abbasov, Sitarə Arzuqızı, tar ifaçıları Soltan Əliyev, Mehdi Abbasov, qiraətçi Zülfü Əsədovun çıxışları ilə davam edib.
Sonda Xatirə şəkli çəkdirilib.