Baxçalının səs verdiyi qutudan Kılıçdaroğlu birinci çıxdı
Bölmə: Siyasət › ,Tarix: 22:17 15.05.2023
Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının səs verdiyi qutudan Millət İttifaqının prezidentliyə namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu birinci çıxdıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baxçalının Prezident və 28-ci çağırış Parlament Seçkilərində səs verdiyi Anıttəpə orta məktəbində 1296 nömrəli seçki qutusunda səslərin sayılması prosesi başa çatıb. Prezident seçkilərinə verilən 304 səsdən biri vətəndaşın səhv qutuda səs verməsi müəyyən olunduğu üçün ləğv edilərək yandırılıb, 3-ü isə etibarsız hesab edilib.
Səsvermə nəticələrinə görə, prezidentliyə namizədlərdən Kılıçdaroğlu 238 səslə birinci olub. Rəcəb Tayyib Ərdoğana 57, Sinan Oğana 4, son anda prezidentliyə namizədlikdən imtina edən Məhərrəm İncəyə isə 1 səs verilib.
Nahid