Sinan Oğandan "İkinci tur" mesajı
Bölmə: Siyasət › ,Tarix: 22:39 15.05.2023
ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan "İstədiyimiz bütün hədəflərə çatdıq. Bundan sonra Türkiyənin böhrana və siyasi qarışıqlığa girməməsi üçün bütün məsuliyyəti üzərimizə götürəcəyik və alacağıq" deyib.
İnformator.az Türkiyə mediasına istinadən xəər verir ki, Oğan jurnalistlərə 'ikinci turda kimə dəstək verəcəksiniz?' sualına "Məsləhətləşəcəyik. Bu gün mən həm ATA Alyansının tərkib hissələrini, həm də birlikdə getdiyim yoldaşlarımı görüşə dəvət etdim. Birgə məsləhətləşmə toplantısı keçirəcəyik. Mümkün qədər tezliklə bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın qərarı olmayacaq, ortaq ağlın qərarı olacaq" deyib.
Aydan