Dünya mətbuatı Türkiyədəki seçkilər BARƏDƏ
Bölmə: Siyasət › ,Tarix: 23:11 15.05.2023
Türkiyədəki prezident seçkiləri bütün dünyanın gündəmində yer almaqdadır. Dünya mətbuatı gün ərzində Türkiyədəki seçkilərə geniş yer verib.
İnformator.az Haberglobal-a istinadən dünyadakı aparıcı xəbər agentliklərinin seçkiləri necə müşahidə etdiyini təqdim edir:
1. Asoşeyted Press agentliyi "Türkiyənin tarixi seçkiləri fırtınalı gecədən sonra yəqin ki 2-ci tura gedir” sözləri ilə oxucularına təqdim edib.
2. Reuters xəbər agentliyi prezident Ərdoğanın səslərinin ilk dəfə 50 faizdən aşağı düşdüyünü yazıb.
3. Amerikanın CNN kanalı da seçkinin əhəmiyyətinə diqqət çəkib. CNN-in xəbərində deyilir: "Kritik seçki ikinci tura gedir. Bu, Ərdoğan üçün bir ilkdir".
4. Vaşinton Post isə səslərin sayı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda prezident Ərdoğanın seçkilərdə liderlik etdiyini şərh edib.
5. Alman mətbuatı da seçkiyə geniş yer verib. Bild qəzeti "Hakimiyyət uğrunda mübarizə” başlığına üstünlük verib. Bildirilib ki, Prezident Ərdoğan CHP namizədi Kamal Kılıçdaroğlundan daha çox səs toplaya bilsə də, birinci turda qalib ola bilməyib.
6. Faynənşl Tayms isə "Ərdoğan 20 illik hakimiyyətini uzatmaq istəyərkən, rəqibi Kılıçdaroğluna qarşı bu günə qədər ən çətin seçki kampaniyasını apardı. NATO üzvü olan Türkiyənin son illərdə beynəlxalq arenada getdikcə daha mühüm rol oynadığı üçün prezident və parlament seçkiləri qlobal əks-səda doğuracaq" -deyib.
7. Qardian isə "Hər iki tərəf qələbəni elan edir. Türkiyədə keçirilən seçkilərdən sonra rekord fəallıqla uzun və gərgin səslərin sayılması aparılıb", - deyı nəşr yazıb.