NATO: Müharibə ərəfəsində Ukraynanın üzvlük məsələsi gündəmdə deyil
Bölmə: Siyasət › ,Tarix: 23:43 24.05.2023
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə müharibədə olduğu müddətdə NATO-ya üzvlüyünün “gündəmdə olmadığını” bəyan edib.
İnformator.az CNN-ə isinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə qatıldığı tədbirdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı açıqlamalar verib. Stoltenberq Rusiya-Ukrayna müharibəsinin Ukraynanın NATO-ya üzvlüyünə necə təsir etdiyini soruşduqda, Ukraynanın Rusiya ilə müharibədə olduğu dövrdə NATO üzvlüyünün gündəmdə olmadığını bildirib.
Stolenberq Ukraynanın NATO üzvlüyü ilə bağlı "ittifaq daxilində bəzi fərqli baxışların" olduğunu bildirib. Bununla yanaşı, NATO-nun qapısının yeni üzvlər üçün açıq olduğunu, Ukraynanın üzvlüyü məsələsinə Rusiyanın deyil, NATO müttəfiqləri və Ukraynanın qərar verməli olduğunu məsələsində həhfikir olduqlarını ifadə edib.