Britaniya Rusiyanın hərbi hədəfi sayıla bilər

Bölmə: Siyasət › , Dünya › ,
Tarix: 19:33 31.05.2023

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Britaniyanın hərbi və ya mülki rəsmilərinin Rusiyanın "qanuni hərbi hədəfi” sayıla biləcəyini bildirib.

 

 

İnformator.az məlumar verir ki, Medvedyev bununla bağlı rəsmi Tvitter hesabında paylaşım edib.

 

Paylaşımda “Ukrayna sərhədlərindən kənarda qanuni hərbi hədəflər özünümüdafiənin bir hissəsidir. Əzəli düşmənimiz Britaniyanın səfeh məmurları unutmamalıdırlar ki, müasir müharibələri tənzimləyən hamılıqla qəbul edilmiş beynəlxalq hüquq, o cümlədən Haaqa və Cenevrə konvensiyaları və onların əlavə protokolları əsasında öz dövlətləri də müharibə vəziyyətində sayıla bilər” deyə qeyd olunub.