Elnur Hüseynov qalib oldu
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201502/7763330_r.jpg)
Tarix: 11:08 19.02.2015
Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu.
Yarışmaya qatılan həmyerlimiz Elnur Hüseynov finalda da çıxışı ilə yadda qalıb.
Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk olaraq "O Sole Mio" opera parçasını səsləndirib.
Daha sonra o, ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.
İlk səsvermədən sonra Elnur qalib "üçlük"də qalıb. İfaçı bu dəfə ilk seçim turunda ifa etdiyi "Lutch" (Sem Smit) mahnısını yenidən oxuyub.
Növbəti səsvermədə azərbaycanlı iştirakçı son ikiliyə qalaraq qalib olmaq üçün yarışmaya davam edib və ən nəhayət finalda “O səs Türkiyə”nin 4-cü mövsümündə birinciliyə layiq görülüb.
Ebru Gündeşin komandasında olan Elnur Hüseynov finaldakı ilk çıxışında yenə əcnəbi mahnı səsləndirib. İkinci çıxışında isə Türkiyə müğənnisi Sertap Erenerin “Aşk” mahnısını oxuyub. Elnur Hüseynov yarış boyunca türk mahnısı səsləndirmədiyi üçün çox tənqid olunub. Finala qədər də sadəcə Sertap Ernerden mahnılar səsləndirib. Elnur Hüseynovun Ebru Gündəşi seçməsi də ayrı bir dedi-qodu qaynağı olub. Sosial şəbəkələrdə Rza Zərrabın Elnur Hüseynovu Ebru Gündəş üçün gətidiyi haqqında fikirlər dolaşıb.