Müxalifət liderinin həbsi ölkədə izdiham yaratdı

Bölmə: Siyasət › , Sosial › , Dünya › ,
Tarix: 15:56 02.06.2023

Seneqal məhkəməsinin müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonu gəncləri cinayətə sövq etdiyinə görə 2 il həbs cəzasına məhkum olunub. 

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, daxili işlər naziri Antuan Diome dövlət televiziyasına verdiyi açıqlamada həbsxana qərarına reaksiya vermək üçün təşkil edilən etirazlarda itkilərin olduğu barədə məlumat verib.

 

Diome paytaxt Dakar və Ziguinchorda təşkil edilən nümayişlərdə 9 nəfərin həyatını itirdiyini açıqlayaraq, "İctimai və xüsusi mülkiyyətə zərər və şiddət hərəkətlərini rədd edirik" - deyib.

 

Qeyd edək ki, Sonkonun cəzasının onun namizədliyinə mane olub-olmayacağı hələlik bəlli deyil.