Aİ ölkələrinin yeni məqsədlər üçün görüşəcəyi gözlənilir
Bölmə: Siyasət › , Sosial › , Dünya › ,Tarix: 22:13 07.06.2023
Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri İmmiqrasiya və Sığınacaq Paketi ilə bağlı konsensus əldə etmək üçün sabah bir araya gələcəklər.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci il "Aİ-nin miqrasiya böhranından bəri görünməmiş səviyyədə qeyri-qanuni miqrasiya aldığı il" kimi qeydə alınıb.
2022-ci ildə Aİ-yə 330 min qeyri-qanuni giriş edilib ki, bu da əvvəlki ilə nisbətən yüzdə 64 artım deməkdir.
Xatırladaq ki, 2015-ci ildəki miqrasiya böhranından bəri Aİ sığınacaq axtaranların üzv dövlətlər arasında necə bölüşdürülməsi və sığınacaq müraciətləri rədd edilənlərin geri qaytarılması ilə bağlı həll yolları axtarır.