Türkiyədən dəvət olunmuş mütəxəssislər Mingəçevirdə təlim keçəcək
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201502/6164821_r.jpg)
Tarix: 15:47 25.02.2015
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Kursların uğurlu nəticələr verdiyini, həmçinin, ölkəmizdə "I Avropa Oyunları"nın keçiriləcəyini və xidmət səviyyəsini günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq növbəti mərhələnin cari ilin 03-10 mart tarixlərində (8 günlük) Mingəçevir şəhərində xidmət sahəsi üzrə təlim-tədris kursları keçiriləcək. Kurslarda Mingəçevirdəki mehmanxanaları ilə yanaşı Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən mehmanxana əməkdaşları da iştirak edəcək.
Təlim-tədris kurslarında əsasən 4 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.
Mart ayının 10-da kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.
Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.