Pantomima Teatrında "Hamlet" əsəri tamaşaya qoyulacaq-Foto

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:55 15.01.2015

Dövlət Pantomima Teatrında U.Şekspirin "Hamlet" əsəri tamaşaya qoyulacaq.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadədir.

Səhnə əsərində Hamlet rolunu əməkdar artist Azər Axşam, aktyorlar Bəhruz Əhmədli və Əli Əlizadə məşq edirlər. Digər rollarda Elman Rəfiyev (Kral), Nargilə Qəribova (kraliça Gertruda), Səbirə Həsənova və Solmaz Bədəlova (Ofeliya) çıxış edəcəklər. 

APA