Rəsmi Ankara yunan mediasını ciddiyə almır
Bölmə: Siyasət › ,Tarix: 21:22 26.07.2023
Son zamanlar həm Ankara, həm də Afina hökumətlərinin “müsbət dialoq” çağırışlarına baxmayaraq, gərginliyi artırmaq istəyənlər var.
Yunanıstanın "Kathimerini" qəzeti Türkiyə haqqında əsassız iddialar ortaya atıb. Amerikalı jurnalist Maykl Rubinin yayımladığı məqalədə NATO və Avropa İttifaqının Vilnüs sammiti çərçivəsində Türkiyəyə heç bir şəkildə güzəştə gedilməməsini tələb edib. Yunanıstan yanğınlarında ölkəyə tam dəstək olduğunu deyən Ankara isə yunan mediasında çıxan xəbərlərdən məyus olub. BŞ kəşfiyyatçısı Maykl Rubin bu dəfə Yunanıstanın “Kathimerini” qəzetində yazdığı məqalə ilə gündəmə gəlib.
Qalmaqallı məqalədə Litvada keçirilən sammit çərçivəsində NATO və Avropa İttifaqı Türkiyəyə təslim olmaqda ittiham olunub. O, Türkiyəyə hər hansı mövzuda güzəştin olunmamasını və bunun əvəzinə sıxışdırılmasını vacib hesab edib.
Məqalədə müəllif Aİ-ni Kipr məsələsində Türkiyəyə qarşı siyasətini sərtləşdirməyə çağırıb və Şimali Kipr Türk Respublikasının Türkiyənin maraqlarına xidmət etdiyinə görə sanksiyalara məruz qalmalı olduğunu vurğulayıb. Yunanıstan mediasının Türkiyə haqqında qərəzli iddiaları bununla bitmir. Evelpidon Hərbi Məktəbinin professoru Konstantinos Qrivos da Türkiyənin Yunanıstanın suverenliyini təhdid etdiyini bildirib. O, Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin iki ölkə arasında anlaşılmazlıq yaradan məsələlər barədə Ankaraya müxtəlif güzəştlərin ediləcəyi ilə bağlı açıqlamasını dövlətin mövqeyinə zidd olduğunu deyib.
Evelpidon Hərbi Məktəbinin professoru Konstantinos Qrivas deyir ki, Türkiyə Yunanıstanın milli suverenliyinə qarşı müharibəni davam etdirəcək. “Uzun müddətdir ki, media və fikir liderləri, elm adamları və siyasətçilər sülh kimi məsələlərə görə bəzi milli suverenlikdən imtina etmək imicini qururlar. Bunlar da qıcıqlandırır. Elə Mitsotakisin açıqlamalarında həddən artıq yanlış və təəssüf doğuran ifadələr var”.
Afina mediasında ard-arda yayımlanan xəbərlər Türkiyə mediasında xoş qarşılanmayıb. Qeyd olunur ki, Yunanıstanda yanğınlar ərəfəsində ölkəyə ilk yardım edən ölkələrdən biri də məhz Türkiyə olub. Hazırda iki ölkə arasında 3-cü dövlətlərin sifarişi ilə tirajlanan xəbərlər regionda vəziyyətin gərgin qalmansına xidmət edir. Baş verənlər fonunda Türkiyə rəsmiləri sükutunu qoruyur. Görünür, rəsmi Ankara yunan mediasını ciddiyə almır. Həmçinin, Aİ və NATO rəsmiləri də bu mövzuda fikir bildirməyib.
Ənvər