Ələt - Astara - İran yolu HAZIRDIR
Bölmə: Siyasət › ,Tarix: 21:25 26.07.2023
Ələt-Astara-İran yeni magistral yolunun İranla dövlət sərhədinədək olan 3 km-lik hissəsinin tikintisi artıq yekunlaşır.
Yeni magistral yolun sözügedən hissəsi İranla dövlət sərhədində tikilən avtomobil körpüsünə birləşir. Körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun konstruksiyanın dayaqlarına ziyan vurmaması üçün requlyasiyaların inşası aparılır.
AAYDA-nın şöbə rəisi Anar Nəcəfli deyir ki, sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizqi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq" “Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir.
Sözügedən 3 aşırımlı körpünün özündə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilir.
Türkan