Ərdoğan Qərbə yaxınlaşır?
Bölmə: Siyasət › ,Tarix: 17:51 31.07.2023
“Son zamanlar Türkiyənin İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırması Ankrara-Kreml münasibətlərində gərginlik yarada bilərmi?” sualını gündəmə gətirib. Xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarını israrla görüşə çağırması, Kremlin bu dəvətlərə bir müddət reaksiya verməməsi münasibətlərin pozulmasına dair iddiaları güclənirdib.
Sankt Peterburqda baş tutan Rusiya-Afrika sammitindən sonra mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin Ərdoğanla görüşəcəklərini bildirib. O, “Ya Ərdoğan bizə gələcək, ya da mən onun yanına gedəcəm, görəcəyik” deyərək, bütün bu iddiaları soyuqanlı şəkildə sonlandırsa da ekspertlər bu mövzuda fərqli düşünür.
Türkiyə ilə Rusiya arasında əsən soyuq külək iki ölkənin bir-birinə qarşı iqtisadi maraqlarına kölgə salmayıb. Ankara Kreml münasibətlərini şərh edən Vladimr Putin Türkiyədə yaradılması planlaşdırılan qazpaylama mərkəzindən danışıb. Bu planın hələ də onların gündəmində olduğunu qeyd edərək, “Qazpaylayıcı mərkəz məsələsinin gündəmdə qaldığını, lakinin qazın anbarlarda saxlanmayacağını, bu mərkəzin elektron ticarət platforması kimi fəaliyyət göstərəcəyini bildirib. O, həmçinin Rəcəb Ərdoğanla görüşəcəklərini vurğulayaraq, mövcud dedi-qodulara son qoyub. “Ərdoğan məni seçkidən əvvəl Türkiyəyə dəvət etdi, lakin səfərin mövzusunun seçkiqabağı daxili siyasi prosesə təsir etmək cəhdi kimi qəbul oluna biləcəyi üçün kimsə spekulyasiya etməsin deyə, bu səfərdən imtina edildi. İndi isə ertələnmiş bu səfər baş tutacaq. Ərdoğanla anlaşdıq ki, görüşəcəyik, ya o bura gələcək, ya da mən onun yanına gedəcəm, görəcəyik”.
Proseslərin gedişatı göstərir ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gələrək növbəti beş il üçün hakimiyyətini qarantiya altına aldıqdan sonra Qərb ölkələri ilə münasibətləri düzəltməyə çalışır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri, Erdoğanın bu ölkənin NATO üzvlüyünə layiq olması barədə səsləndirdiyi fikirlər Kreml Ankara arasında siyasi münasibətlərin bundan sonrakı inkişafı maraq doğurur.
Qeyd edək ki, Ərdoğan Putinlə müntəzəm əlaqə saxlayan, eyni zamanda Zelenski ilə yaxşı münasibətlərdə olan yeganə NATO lideridir. Bu isə onu Rusiya və Ukrayna arasında potensial vasitəçiyə çevirib. Yəni Ankara liederi həm Ukraynaya silah yardımı etmək, həm də Rusiya ilə ticarəti artırmaqla incə balansı qoruyub saxlaya bilmişdi. Ötən il Rusiya Çini geridə qoyaraq Türkiyəyə dəyər baxımından ən çox mal ixrac edən ölkə olub. Ankara fürsətdən yararlanaraq Rusiyadan sanksiyalar səbəbindən ucuzlaşmış neft, qaz və kömür alıb. Ekspertlər deyirlər ki, Ərdoğanın Qərb və Yaxın Şərqdəki qonşuları ilə münasibətləri yaxşılaşdırmağa meyllənməsi onun iqtisadi problemləri həll etmək üçün Rusiyadan başqa seçiminin olmasına işarədir. Türkiyənin Rusiyadan enerji asılılığı Qərbin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasına imkan vermir. Təhlilçilər Ərdoğanın bunu daxildəki iqtisadi çətinlikləri daha da dərinləşdirməmək üçün etdiyini deyirlər, hazırda Türkiyədə inflyasiya 40%-ə çatıb, lirənin dəyəri isə dollara nisbətdə rekord dərəcədə düşüb.
Leyla