Ukrayna silah istehsalını artırır
Bölmə: Siyasət › ,Tarix: 17:35 01.08.2023
Ukrayna artıq silah istehsalında böyük uğurlar qazanır. Görünür, müharibənin rəsmi Kiyev üçün tək müsbət cəhəti silah istehsalını artırmaq və təkmilləşdirmək oldu. NATO çaplı mərmilər xüsusi hərbi sursatlar yüksək performansa və dağıdıcı gücə sahibdir. Mütəxəssislər bildirirlər ki, Ukraynanın hərbi ləvazimatlar istehsalını son sövrlər bu qədər artırması həm müharibənin gedişatını, həm də silah istehsalı ölkələri siyahısında yerini dəyişə bilər.
Ukrayna müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, rəsmi Kiyev müharibənin gedişatını müəyyən edə biləcək hərbi sursatların istehsalını artırmağa başlayıb. Artıq dron istehsalında böyük irəliləyiş əldə edilib. Mütəxəssislər bildirirlər ki, Ukrayna müharibə səbəbilə silah istehsalında əvvəlkindən daha çox təkmilləşib. Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, bugün Ukrayna hökuməti texnikanın tərtibatçıları və istehsalçıları üçün prosedurları da olduqca sadələşdirib:
“Biz bilirik ki, Ukraynanın özünün müdafiə sənayesi, pilotsuz uçuş aparatları istehsaletmə qabiliyyəti 50 ədəd silah istehsalı idisə, indiki mərhələdə onlar bunun sayını min ədədə çatdırıb. Artıq Ukrayna həm özünün istehsal etdiyi pilotsuz uçuş aparatları ilə, həm də digər ölkələrə uçuş aparatları teatırında uğurlu əməliyyatlar aparır”.
Bununla paralel aparılan siyasət nəticəsində Ukrayna özünün zirehli geyimlərini, dəbilqələri, uniformaları, ayaqqabıları və s. müstəqil şəkildə təmin edə bilir. Hərbi sursatların istehsalında həm dövlət, həm də özəl şirkətlər iştirak edir. Mütəxəssislər bildirirlər ki, Ukraynaya bu silahlar Qərbdən aldıqlarından 2 dəfə ucuza başa gəlir. Hərbi ekspert Şair Ramaldanov deyir ki, Ukraynanın yerli istehsalı artırması heç də silah idxalını azaldacağına gətirib çıxarmayacaq. Çünki Rusiya ilə müharibə səbəbindən Ukraynanın daha çox hərbi sursata ehtiyacı var. “Ukraynanın silahlarını təkmilləşdirməsi artıq gələcəkdə müharibənin sonunun rəsmi Kiyevin lehinə gəlməsinə gətirib çıxarda bilər”.
Fidan